Kukla teatrında böyüklər üçün tamaşa

Kukla teatrında böyüklər üçün tamaşa
Adəm və Həvva - onlar Yer üzündə tək idilər. Oğlan və Qız - onlar da rastlaşdıqları parkda təkdir

Fərqli mövzuları fərqli quruluşlarda səhnəyə gətirməklə yeni meyilləri tamaşaçıya təqdim edən “M. Teatrı” daha bir yeni tamaşa ilə teatrsevərləri ətrafına toplayacaq.

Bu dəfə “Bir gecənin nağılı” adlı səhnə nümunəsi tamaşaçılara bəşəri mövzunu adi məişət münasibəti fonunda açacaq. Səhnə əsərində kişi qadın məhəbbəti fonunda sosial məqamlar, xüsusən gənc qızların evdəki basqılara dözməyərək bilmədiyi bir dünyaya atılaraq qaçıb küçələrdə özlərinə məkan tutması problem olaraq önə çəkilib.

Tamaşanın alt qatındakı mətləblər başqa olsa da görünən ilk mənzərə budur: “ Adəm və Həvva - onlar yer üzündə tək idilər. Oğlan və Qız - onlar da rastlaşdıqları parkda təkdi. Qız evdən qaçıb. Sevmədiyi bir adama ərə getmək istəmir. İlk rast gəldiyi oğlana evlənmək təklif edir. Oğlan isə əsl “ana uşağı” dı. Bu təsadüfi görüş onların hər ikisini dəyişir. Adəm və Həvva əhvalatı hələ də davam edir!”

Bu ideyanın səhnə həllini görmək istəyənlər mayın 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının tamaşa zalında öz yerlərini ala bilərlər.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə