Bakıda möhtəşəm kitab bayramı

Bakıda möhtəşəm kitab bayramı
Paytaxtda Beynəlxalq Kitab Festivalı keçirildi.

Festival görkəmli dövlət xadimi Heydər Əliyevin 95 illiyinə həsr olunub.

Yasamal Rayon İcra Hakimiyyəti və “Azərkitab” Kitab Təbliğat Mərkəzinin təşkilatçılığı ilə baş tutan festivala maraq gözləniləndən artıq idi. Kitab festivalında millət vəkilləri, ictimaiyyət nümayəndələri və ədəbiyyat adamları iştirak edib. Çıxışçılar öz nitqlərində kitabın cəmiyyətə xeyirindən, mütaliənin vacibliyindən bəhs edib.

Kitab festivalında ölkədə fəaliyyət göstərən nəşriyyat evləri təmsil olunub. Stendlərdə nümayiş olunan kitablar festival iştirakçılarına xüsusi endirimlərlə təklif olunub. Maraqlıdır ki, kitab festivalının iştirakçılarını əsasən gənclər təşkil edib. Bu da onu göstərir ki, ölkədə kitaba maraq getdikcə artmaqdadır.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş kitab festivalı hər il ənənəvi olaraq keçiriləcək. Burada məqsəd cəmiyyətdə kitab oxumaq mədəniyyətini yaymaq, gənclər arasında mütaliəni daha da populyarlaşdırmaqdır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə