Qanımızı qaraldan QAN (VİDEO)

Qanımızı qaraldan QAN (VİDEO)
Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlandı.

8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiya xəstəliyindən əziyyət çəkən insanların problemlərinə diqqət çəkmək məqsədi ilə təsis olunan gün Azərbaycanda da qeyd olunur. Respublika Talassemiya Mərkəzi publik hüquqi şəxsin baş direktoru Valeh Hüseynovun sözlərinə görə hazırda Azərbaycanda 3 mindən çox talassemiya xəstəsi var. 

Mərkəz direktorunun sözlərinə görə Azərbaycanda talassemiya xəstələrinə dövlət tərəfindən göstərilən münasibət, bir çox ölkələrə nümunə kimi göstərilir. Belə ki, ölkəmizdə xəstəliyin qarşısının alınması üçün 2015-2020-ci illər üçün üçüncü dövlət proqramı qəbul edilib. 2006-cı ildən bəri qəbul edilən dövlət proqramları talassemiyalı xəstələrə tibbi yardımın təkmilləşdirilməsinə, onların qan və dəmirqovucu preparatlarla təminatına yönəldilib. Dövlət bu proqram çərçivəsində talassemiyanın profilaktikası, diaqnostikası və müalicəsi üzrə mütəxəssislərin hazırlanmasına büdcə ayırıb.

Buna baxmayaraq, Azərbaycan irsi qan xəstəliyi olan talassemiyanın geniş yayıldığı ölkələr sırasındadır.  Ölkəmizdə hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. 2015-ci ilin statistikasına görə əhali üzrə hər 12 nəfərdən biri bu xəstəliyin daşıyıcısıdır. Talassemiya xəstəliyinin əsas səbəbi qohum evlilikləridir.

Azərbaycanda talassemiya xəstələrinin müalicə edildiyi əsas xəstəxana - Talassemiya Mərkəzi 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib və müasir avadanlıqlarla təchiz edilib.  Bu mərkəzdə talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə