Bakı bulvarında ürəkbulandıran görüntülər (VİDEO)

Bakı bulvarında ürəkbulandıran görüntülər (VİDEO)
Məsələni kökündən həll etmək lazımdır, kökünü də, həllini də araşdırırıq...

Hər il ölkədə turizmin inkişafı üçün işlər görülür, yenidənqurma həyata keçirilir və təbii ki, bunun nəticəsini görürük.

İlin müxtəlif dövrlərində ölkəmizə gələn turistlərin sayı ilə bağlı açıqlanan rəqəmlər heç nəyin əbəs yerə olmadığını göstərir.

Bakıya gələn turistlər mütləq paytaxt Bakını gecə gəzintiyə çıxırlar. 

İşıqlı, təmiz şəhər... Azərbaycan cəlbedicidir... Bakı ecazkardır... Gəz ki, gəzəsən... Gələn turistlərdə hara istəyir gedir, haranı görmək istəyir görür. Onlar çoxaldıqca görüləcək işin məsuliyyəti də artır...

Görmək bir yana şəhərin ən gözəl qoxusunu da, ürəkbulandırıcı iyini də hiss edirlər.

Azərbaycana gələn elə turist yoxdur ki, ən azı bir dəfə də olsun dəniz kənarı milli parkda gəzintiyə çıxmasın... Eqzotik ağacları görməyə gələn kim, Xəzərin dalğalarını dinləyib, dəniz havasını ciyərlərinə çəkən kim.

Gələn turistə deyə bilmərsən ki, dəniz kənarı milli parka get, amma sahilə düşmə.. ya da düş, amma dənizin qoxusunu ciyərlərinə çəkmə... səbəbi var...

Bu görüntü dəniz kənarı milli park boyunca bir zolaq kimi uzanır. Qoxu isə zolağın 10 metrliyinə qədər yayılır.

Başa düşürəm görünütlər iyrəncdir. Amma bu bir faktdır. O fakt ki, biz də görürük, ölkəmizə gələn turistlər də... Mütləq ki, sahildə durub şəkil çəkdirən də və o şəkli paylaşan da, vəziyyətdən xəbərdar olmayan insanlar da görür...
Onlar bir yana günün qızmar istisində su buxarlanır və sonrası da məlumdur. Biz bu hava ilə nəfəs alırıq. Ərazidə bir neçə saat dayandıq və gözlədik ki, bəlkə bu mənzərəni tez bir zamanda aradan qaldıracaq texnika sahilə yan ala... amma görmədik...

Kiçik bir araşdırma aparıb ümumiyyətlə belə bir texnikanın dünyada olub-olmaması ilə maraqlandıq. Var. Müxtəlif adda müxtəlif qiymətlərdə. Təyinatı da sırf dəniz suyunun yad cismlərdən təmizlənməsidir. Dəniz kənarı bulvar idarəsindən deyirlər ki, bizdə də var. Günün müəyyən hissəsində sahil boyu təmizləmə işlərini həyata keçirir.

Hətta idarə rəsmisi söz verdi ki, elə sabah təmizləmə prosesini izləyə biləcəyik. Amma iş təkcə bununla bitmir. Məsələni kökündən həll etmək lazımdır. Kökünü də, həllini də araşdırırıq...

Natiq Nailəoğlu
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə