Bu gün ucuz evlər satışa çıxarıldı, sistem çökdü (VİDEO)

Bu gün ucuz evlər satışa çıxarıldı, sistem çökdü (VİDEO)
MİDA rəsmisi problemin nədən yarandığını açıqladı

"Güzəştli mənzil sistemi elektron hökumət portalında fəaliyyət göstərir və bu gün satış başlayanda portala daxil olan sorğuların sayı gözləniləndən çox olduğu üçün portalda müəyyən ləngimələr baş verib".

Bu sözləri Real TV-yə açıqlamasında Mənzil İnşaat Dövlət Agentliyinin beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin rəhbəri Fərman Qurbanlı deyib.

Onun sözlərinə görə, sözügedən ləngimələrə görə müəyyən texniki problemlər yaşanıb.

Hazırda MİDA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə bu problemin kökünü araşdırır.

MİDA rəsmisi texniki problemlə bağlı müraciətləri yarımçıq qalan vətəndaşların ərizələrinə baxılacağını bildirdi.

Fərman Qurbanlının sözlərinə görə, hələ ki, mənzillərin satışının rəsmiləşdirilməsi həyata keçirilməyib.

Qeyd edək ki, bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılıb.

Kompleksin 1,2,3 və 4 saylı binalarında mənzillərin satışı saat 10:00-da başlayıb. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.

Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi əsasında mənzilləri seçə biləcəklər. BELƏ Kİ, satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir.

Proses avqustun 7-nə qədər davam edəcək.

Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin olunub.

Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub.

Belə ki, 1 otaqlı mənzilin qiyməti 29925 manatdan, 2 otaqlı mənzilin satış qiyməti 47282 manatdan, 3 otaqlı mənzilin qiyməti 65626 manatdan başlayır.

Ayşəm Rüstəmova
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə