Parlament “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Parlament “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir.

Azərbaycan Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirəyə çıxarılıb.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib. Qeyd edək ki, hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun 1992-ci ildə qəbul edilib.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə