Nazir müəllimlərin işə qəbul qaydaları barədə danışdı

Nazir müəllimlərin işə qəbul qaydaları barədə danışdı
Ceyhun Bayramov: Hesab edirəm ki, bu il də müsabiqə eyni ayda baş tutacaq

"Müəllimlərin işə qəbulu mərhələli şəkildə həyata keçirilir. Bu il də qaydalar əvvəlki kimi olacaq".

Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, ilk olaraq mövcud vakansiyalar sistem daxilində olan müəllimlər üçün açılır: "Sistem daxilində olan və ailə vəziyyəti ilə əlaqədar, yaxud da hansısa səbəbdən yaşayış yerini dəyişən müəllimlər vakant yerləri seçərək müsabiqədə iştirak etmək hüququ qazanırlar. Bir qayda olaraq biz bunu iyun ayında keçiririk. Hesab edirəm ki, bu il də müsabiqə eyni ayda baş tutacaq".

Nazir əlavə edib ki, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə mərhələsində dəyişiklərin olması nəzərdə tutulmur: "Ötən il ilk elan edilən vakansiyalar zamanı deyil, ikinci yerləşdirmə zamanı iş qazanan və müvəqqəti əsaslarla işə qəbul olunan müəllimlər üçün daimi işləmək şəraiti yaradılıb. Artıq bu tədris ilinin əvvəlindən həmin müəllimlər işə başlayıblar".

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə