Rəsmi Bakı nazirlərin görüşü, Qarabağ, İrəvan barədə (VİDEO)

Rəsmi Bakı nazirlərin görüşü, Qarabağ, İrəvan barədə (VİDEO)
Azərbaycan XİN həmçinin AŞPA-dakı son hadisələrə münasibət bildirib

Ermənistanda baş verən hakimiyyət böhranı ölkədə sözün bütün mənalarında xos yaradıb. Narazı elektoratın başında duran Nikol Paşinyanın baş nazir olmaq istəyi və ölkədə yeni parlament seçkilərinin keçrilməsinində israr etməsi, müvəqqəti hökumətlə fikir ayrılıqlarını daha da dərinləşdirib. Elə bu üzdən də baş nazirin səlahiyyətlərini müvəqqəti icra edən Karen Karapetyan Paşinyanla görüşdən qaçır.

Müxalifətdən fərqli olaraq hakim partiya nümayəndələri yeni baş nazirin hazırkı və “legitim” hesab olunan parlament üzvləri tərəfindən seçilməsini istəyirlər. Rusiya prezidentinin də bu xüsusda eyni fikirdə olması, rəsmi Moskvanın hadisələrə nəzarəti kimi dəyərləndirir.

Ermənistan rəsmiləri bir-birinin ardınca Moskvaya çağırılır, müxalifət liderləri ilə Rusiyanın İrəvandakı səfirliyində görüşlər keçirilir. Ölkənin siyasi elitasını narahat edən ən mühüm məsələlərdən biri də budur ki, rəsmi Bakı mövcud vəziyyətdən istifadə edərək təmas xəttində gərginlik yarada bilər. 

İrəvanda hesab edirlər ki, Kreml öz emissarlarını Bakıya məhz bu cəhdlərin qarşısını almaq məqsədi ilə göndərir. Məlumata görə, Ermənistan hakimiyyətinin Moskvaya göndərdiyi nümayəndələr, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının operativ reaksiya qüvvələrinin ölkəyə yeridilməsi barədə müzakirələr aparıblar.

Rəsmi Bakı isə deyilən və gözlənilənlərin əksinə olaraq, Ermənistanda baş verənləri soyuqqanlılıqla izləyir və yeni formalaşacaq hökumətlə danışıqlar masasına oturacağına hazır olduğu mesajını verir. 

Ermənistanda işğalçı və korrupsioner komandanın hakimiyyət davası apardığı bir məqamda AŞPA-sı nədənsə diqqəti Azərbaycana yönəltməyə çalışır. Söhbət bu qurumda Azərbaycan əleyhinə təqdim olunan hesabatdan gedir. Bəzi QHT və media orqanlarının dediyi və yazdıqlarına əsaslanan hesabatda irəli sürülən ittihamların təsdiqlənməməsi, ortada ciddi bir qərəzin olduğuna şübhə yeri qoymur.

Azərbaycan nümayəndə heyətinin çətin vəziyyətə salınması, konkret şəxslərin avropalı parlamentarilərin ələ alınmasında ittiham olunması iddiasının da ehtimallara söykənməsi, Şura - Azərbaycan əlaqələrinin ƏLAQƏSİZ durumda ölduğunu göstərir.

Vəziyyət o qədər qəlizləşib ki, o boyda tribunadan nümayəndə heyyətimizin rəhbəri səviyyəsində -  “Bu, bizim yox, sizin təşkilatdır” ittihamı səslənir. İndi ən aktual sual budur: Azərbaycan bu qurumdan çıxarıla bilərmi və ya ölkəmiz bu qurumdan imtina edə bilərmi? Çıxsa nə olacaq, qalsa nələr baş verəcək? Bax, bu suallara cavab vermək o qədər də asan deyil...

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev mövu ilə bağlı suallar “Real Vaxt”da cavablandırıb.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə