Putinin zəngindən sonra Nalbandyan təcili Moskvaya getdi

Putinin zəngindən sonra Nalbandyan təcili Moskvaya getdi
Proseslər başlayandan bəri ilk dəfə Putin situasiyaya müdaxilə edib

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ölkədə inqilab baş verərkən təcili Moskvaya gedib.

Real TV xəbər verir ki, bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

Bildirilir ki, Ermənistan Xarici İşlər Nazirliyi E.Nalbandyanın Rusiyaya getdiyini rəsmi təsdiqləməyib. Nazirlikdən bildirilib ki, nazir ezamiyyətdədir.

Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

Proseslər başlayandan bəri ilk dəfə Putin situasiyaya müdaxilə edib. Habelə Rusiya səfirliyinin diplomatları Paşinyanla danışıqlar aparıblar.

Son məlumatlara görə, Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyan hakim Respublikaçılar Partiyasının sədri vəzifəsindən də imtina etmək qərarına gəlib.

Bu, Sarkisyanla baş nazirin vəzifələrini icra edən Karen Karapetyanın və fraksiyanın digər deputatlarının görüşündən sonra məlum olub.

“Ermənistan Respublikaçılar Partiyasının (ERP) yeni sədrinin seçimləri ilə bağlı müzakirələrin başlanması barədə razılıq əldə olunub”, - görüşün yekunlarına dair bəyanatda bildirilir.

Qeyd olunur ki, Serj Sarkisyan görüş iştirakçılarına istefasının səbəblərini açıqlayıb, ERP-nin parlament fraksiyasının ölkədə sülh və sabitliyin qorunması naminə mümkün iş ssenarisini təqdim edib.

“Görüşün ikinci yarısında baş nazirin vəzifələrini icra edən Karen Karapetyanla razılıq əldə edilib ki, ERP tərəflərlə öncədən şərt irəli sürmədən danışıqlara hazırdır”, - partiyadan bildirilib.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə