Gələn ay Bakıda plana düşən evlərin söküntüsü başlayır - ÜNVANLAR (VİDEO)

Gələn ay Bakıda plana düşən evlərin söküntüsü başlayır - ÜNVANLAR (VİDEO)
Artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlıdırlar

Gələn ayın əvvəlindən “Sovetski”də köçürülmənin növbəti mərhələsinə başlanılacaq. Bu mərhələdə 2500-ə qədər  evin sökülməsi nəzərdə tutulur. Bunulada 15 hektara yaxın ərazidə yaşayış evləri park və yollarla əvəzlənəcək.

Məlumata görə bu il küçürüləcək ərazidə 2010 ev var. Bunlardan 1130-u Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafazadə küçələri arasında, 880-i isə Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasında yerləşir.   

Artıq ərazidə yaşayan sakinlər köçürülmə ilə bağlı məlumatlıdırlar . 

Bu il ərzində ərazidə olan evlərin satın alınması və həmin ərazinin təmizlənməsi işləri həyata keçiriləcək. Artıq məsələ ilə bağlı qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqəsədilə müvafiq tenderlər də keçirilib.

Köçürülmədən sonra orda yalnız yol, yaşıllıq və parkın salınması planlaşdırılır. 

"Sovetski"də abadlaşdırmanın birinci mərhələsi 26 hektar sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.

Vüsalə Xaməmmədqızı
Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə