Qondarma gündə gerçək gediş (VİDEO)

Qondarma gündə gerçək gediş (VİDEO)
Sarqsyanın iflası erməni şovinizminin də iflası deməkdirmi?

Sarqsyan getdi. Qondarma erməni soyqırımı ərəfəsində baş tutan bu gediş əslində soyqırım kursunun, klassik erməni şovinizminin iflasıdır.

Medz Yeghern  ermənilərin təbirincə böyük cinayət, bizim təbirimizcə bu böyük yalan məsələsi ən çox Koçaryan–Sarqsyan hakimiyyəti dönəmində priorotet olub.

Eynən sələfləri Amazasp, Andranik kimi onlar da qondarma genosid məsələsini əllərində bayraq edərək siyasi mövcudluqlarını qorumağa çalışıblar. 1918-ci ilin mayında Quba qırğınlarında Amazasp açıq-aşkar deyirdi ki, mən Şərqi Anadoluda ala bilmədiyim qisasın əvəzini çıxıram. Əsrin sonunda Dağlıq Qarabağda tökülən qanlar da, Koçaryanların, Sarqsyanların qisası idi.

1993-cü ildə qondarma ‘‘Dağlıq Qarabağ Respublikası”nın prezidenti seçilənədək Koçaryan  “Daşnaksütyun”’ partiyasının və millətçi ‘’Krunk” təşkilatının fəallarından biri kimi antiAzərbaycan təbliğatının fəal təşkilatçısı olmuşdu.

1991-1993-cü illərdə “Dağlıq Qarabağ Respublikası”nın hərbi birləşmələrinin rəhbəri kimi Dağlıq Qarabağda yerləşən Rusiyanın hərbi qüvvələrinin rəhbərləri ilə sıx əlaqələr quraraq  onların döyüş sursatları, texniki imkanlarından və canlı qüvvəsindən azərbaycanlı əhalinin faciəli şəkildə doğma torpaqlarından qovulmasında, Şuşanın, Xocalının və Azərbaycanın digər rayonlarının işğal olunmasında istifadə etmişdi.

R.Köçəryanın separatçılıq və digər cinayət fəaliyyətində ən yaxın köməkçisi isə Serj Sarkqsyan idi. Serj də “Krunk” və “Daşnaksütyun”nun fəallarından olub. Xankəndində yaşayan ermənilərin silahla təmin edilməsi, azərbaycanlıları daşıyan Ağdam-Şuşa marşurutunda işləyən avtobusların əvvəlcə daş-qalaq edilməsi, sonra odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətlə yetirilməsini, 1989-cu ildə Ağdamdan Şuşaya uçan “Mi-8” vertolyotunun vurulmasını, Malıbəyli kəndinə ilk hücumu, Əsgəran-Ağdam rayonlarının sərhədində iki azərbaycanlının qətlə yetiılməsini konkret olaraq S.Sarqsyan təşkil etmişdi. Getdi. Bəs özüylə erməni mahiyyətini necə apardımı?

Ləman Ələşrəfqızı
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə