Belə uşaqlar xaricə gedərkən xəstəliyə yoluxa bilər (VİDEO)

Belə uşaqlar xaricə gedərkən xəstəliyə yoluxa bilər (VİDEO)
Suçiçəyinə yoluxma halları qeydə alınır

Bu gün valideyinləri düşündürən əsas problemlərdən biri də 6 yaşına qədər olan uşaqların imunnitet sisteminin aşağı olmasıdır. İmunnitet sisteminin aşağı olması isə görünən və görünməyən xəstəliklərin yaranmasına səbəb olur.

Erkən aparılan peyvənd isə uşaqları su çiçəyi, iflic, tetanus və s. kimi bir çox ciddi xəstəliklərdən qoruyur.

Su çiçəyi demişkən dünyada bu xəstəliyə qarşı peyvənddən istifadə olunsa da, Azərbaycanda ona qarşı vaksin tətbiq olunmadığından suçiçəyinə yoluxma halları indi də qeydə alınır.

Azərbaycanda hələ də peyvənddən kənarda qalan uşaqlar var. Ona görə də belə uşaqlar xaricə gedərkən xəstəliyə yoluxa bilərlər.

Bu səbəbdən valideynlər çox diqqətli olmalı, uşaqlarını peyvənd etdirməlidirlər.

Bir çox valideyinlər isə vaxtı vaxtında uşaqları peyvənd etdirdiklərini deyirlər.

Məlumat üçün bildirək ki, Avropa immunlaşdirma həftəsi  çərçivəsində aprelin 23-dən 29-dək respublikanin bütün  poliklinikaları tərəfindən hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqlar milli peyvənd təqviminə uyğun olaraq peyvənd ediləcəklər

Kamil Eldaroğlu
Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə