Neftin qiyməti rekord həddə qalxdı

Neftin qiyməti rekord həddə qalxdı
Dünya bazarında neftin qiyməti maksimuma yüksəlib

Dünya bazarında neftin qiyməti 75 dollara yüksəlib. Bu, son 3 il yarımda ən yüksək qiymətdir.

Ekspertlərin sözlərinə görə, neftin bahalaşması Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni sanksiyalar planı ilə əlaqədardır.

Hazırda Brent markalı neftin bir barelinin qiyməti 75, 27 dollara bərabərdir.

Amerika hökuməti may ayının 12-də İranla əldə olunan nüvə razılaşmasını yenidən nəzərdən keçirəcək. 

Prezident Donald Tramp bir müddət əvvəl razılaşmanı tərk edəcəklərinə dair bəyanatlar səsləndirmişdi. Ağ Ev razılaşmanı tərk edəcəyi təqdirdə İrana qarşı yeni sanksiyaların tədbiq olunacağı da istisna deyil.

Qeyd edək ki, İran hazırda OPEC-in ən böyük 3-cü neft ixracatçısıdır.

Neftin qiyməti ötən il OPEC ölkələri, o cümlədən, Rusiyanın neft istehsalını azaltmaqla bağlı qərarından sonra artmağa başlayıb.

Ötən ilin noyabr ayında tərəflər istehsalı 2018-ci ilin sonuna qədər hazırkı səviyyədə saxlamaqla bağlı razılığa gəliblər.

Ekspertlər İrana qarşı sanksiyalar tədbiq olunacağı təqdirdə qiymətlərin daha 5 dollar qalxacağına proqnozlaşdırırlar.

Bəxtiyar Abbasov
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə