Ev alan sakinlər, daha aldanmayacaqsınız (VİDEO)

Ev alan sakinlər, daha aldanmayacaqsınız (VİDEO)
Vətəndaşlar yeni tikilən binalarda təmirli mənzillərlə təmin olunacaqlar

Neftin dünya bazarındakı qiymətinin kəskin azalması digər sahələrlə yanaşı, əvvəllər iş adamlarını daha çox cəlb edən tikinti sektoruna da marağı müəyyən mənada azaltdı.

Bura Rusiyanın iqtisadi sanksiyalardan dolayı zəifləməsi də ciddi şəkildə təsir etmiş oldu. 

Çünki Azərbaycanda ev alanların böyük əksəriyyəti Rusiya ilə bu və ya digər formada əlaqəsi olan şəxslər idi.

Beləliklə, alıcılıq qabiliyyətinin aşağı düşməsi tikinti sektoruna ciddi şəkildə təsir etdi. Ancaq son dövrlər bu sahədə müəyyən dirçəlmələr müşahidə olunur.

Tikintinin yeni dalğası daha əhatəli və şəhərin ümumi görüntüsünə adekvat şəkildə aparılır. Nazirlər kabinetinin 86 saylı qərarına uyğun olaraq paytaxt Bakının ayrı-ayrı rayonlarında pilot layihələr həyata keçirilir.

Layihəyə əsasən, vətəndaşlar sahib olduqları dar və şəhərin ümumi görüntüsünə xələl gətirən mənzillərdən kirayə evlərə köçürülür və yeni tikilən binalarda təmirli mənzillərlə təmin olunacaqlar.

“Real Vaxt” verilişinə tam formatda videomaterialda baxa bilərsiniz. 

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə