Serj qurduğu tələyə əslində özü necə düşdü? (VİDEO)

Serj qurduğu tələyə əslində özü necə düşdü? (VİDEO)
Politoloq Elxan Şahinoğlu İrəvandakı hadisələrlə bağlı maraqlı məqamlara toxunub

Ermənistanda 10 gündən artıq davam edən kütləvi aksiyaları nəticəsini verdi. Bir neçə gün əvvəl hakimiyyətə gələn yeni və geniş səlahiyyətli Baş nazir Serj Sarkisyan istefa vermək məcburiyyətində qaldı.

Paşinyanın koordinasiya etdiyi etirazçılar iri küçə və prospektləri tutmaqla, İrəvanda nəqliyyatın hərəkətini iflic etdilər.

Etirazların dalğa Ermənistanda tələbələri də siyasi proseslərə cəlb etdi. Bu gün isə konkret olaraq hərbçilərin və Din adamlarının aksiyaçılara qoşularaq, istefa tələb etməsi, ölkədə narazı qüvvələrin bütün təbəqələri əhatə etdiyini ortaya qoydu.

Təsiqlərə dözə bilməyən Sarkisyan həbs etdirdiyi Paşinyanı azad etmək məcburiyyətində qaldı. 

Məsələnin ən maraqlı tərəfi budur ki, Rusiya prezidentinin köməkçisi Peskov bəyan etdi ki, rəsmi Moskva heç bir dövlətin daxili işlərinə qarışmır.

Bununla da Rusiya, etiraz edənlərə “özünüz bilin” və ya Sarkisyana “sənin yanında deyilik” mesajını vermiş oldu.

Hadisələrin gedişində Birləşmiş Ştatların Ermənistandakı səfiri, polisi, deməli dolayısı ilə Sarkisyanı aksiyaçılara güc tətbiq etməməyə çağırdı. Nəticədə, Serj adında büt, nifrətin dalğasında dağıldı.

Ermənistanda nə baş verir? Politoloq Elxan Şahinoğlu "Real Vaxt" verilişində maraqlı məqamlara toxunub.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə