Hərəkətə keçməyin tam vaxtıdır (VİDEO)

Hərəkətə keçməyin tam vaxtıdır (VİDEO)
Sahibkarlar ixraca niyə maraq göstərmir?

Mən öz balımı xarici bazara çıxarmıram, baxmayaraq ki Azərbaycanda ən çox bal istehsal edən arıçıyam”.

Bu gün tək Sahibkar Bədrəddin Həsrətov yox, əksər sahibkarlar, eləcə də digər arıçılar ixracla məşğul olmurlar. Halbuki artıq ölkə daxilində arıçılıq məhsullarının brendləşməsi geniş vüsət alıb.

“29 firma balı xüsusi qablarda satışa buraxır. inanıram ki, Azərbaycan arıçısı mən özüm hansısa ölkəyə bal ixrac etməyə başlayacam”, - deyə Bədrəddin Həsrətov bildirdi.

Bu haqda tək Bədrəddin yox, bütün sahibkarlar düşünməlidir. Bu gün ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 913 min hüquqi və fiziki şəxs var. Onlardan cəmi 7389-u öz məhsullaını xarici bazarlara çıxarır ki, bu da cəmi 0.8 faiz deməkdir. Əslində narahatlıq doğuran rəqəmdir. Ümumdaxili məhsulda sahibkarlıq məhsulları 84 faiz təkil etdiyi halda, ixracda çox cüzi pay tutur.

Sahibkarlığın gəlirli olması üçün ixrac potensialının yüksək olmasına ehtiyac var. Sahibkarların bu sahədə passivlik göstərməsini Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı da dilə gətirib.

Reportaja daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə