Türkiyədə tutulan Hüseyn Abdullayevin Bakıya gətirilmə anı (VİDEO)

Türkiyədə tutulan Hüseyn Abdullayevin Bakıya gətirilmə anı (VİDEO)
O, dünən təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib

Türkiyədə saxlanılan sabiq deputat Hüseyn Abdullayevin Bakıya gətirilməsinin görüntüləri yayılıb.

Real TV həmin görüntüləri sizə təqdim edir.
 

 


***11:46

Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib.

H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H. Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır.

Daxili İşlər Nazirliyindən APA-ya H. Abdullayev Türkiyədə tutularaq Azərbaycana gətirilməsi xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, bu barədə ilk məlumatı “Qafqazinfo” saytı yayıb. 

2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

 


***23:22

Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, “Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Real TV xəbər verir ki, bu barədə “Qafqazinfo”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb. O, bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə