Əli Əhmədov: Qələbəyə arxayın olmaq olmaz - EKSKLÜZİV (VİDEO)

Əli Əhmədov: Qələbəyə arxayın olmaq olmaz - EKSKLÜZİV (VİDEO)
“Yoxsa qalib gələ bilməzdik”

“Əgər biz arxayınlaşsaydıq, qələbələrimiz bu qədər çox olmazdı və ənənəyə çevrilməzdi. Biz qələbədən baş gicəllənməsi halına düşən siyasi partiya deyilik. Biz hər seçkidə imtahana gedən tələbə vəziyyətinə düşürük. İstənilən seçkiyə hazırlığımızı aylar əvvəl başlayırıq”.

Bu sözləri Real TV-yə müsahibəsində Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, prezident seçkilərinin vaxtının bir neçə ay əvvələ salınması ola bilər ki, digər partiyaları vaxtsız yaxaladı, amma Yeni Azərbaycan Partiyasını deyil.

“Biz 2017-ci ilin payız aylarından etibarən seçkilərə hazırlaşmağa başlamışdıq. Seçkilərə vaxtında hazırlaşmağa başlayanda nəticə də yaxşı olur. Seçkilərdə qələbə qazanmaq üçün prezident insanların istədiyini onlara verməyə çalışmalıdır və nail olmalıdır. Əgər insanların gözlədiyini və istədiyini seçilmiş prezident 5 il ərazində - səlahiyyət müddətini icra etdiyi dövrdə onlara verməsə, seçicilər ikinci dəfə həmin şəxsə səsini verməyəcək. İlham Əliyev insanlara verdiyi bütün vədlərini artıqlaması ilə yerinə yetirib. İnsanlar da bunu görür, dəyərləndirir və səslərini verirlər”, - deyə Əli Əhmədov bildirib.

Müsahibəyə ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə