İrəvanda hal qalmadı (VİDEO)

İrəvanda hal qalmadı (VİDEO)
Serjin vəziyyəti “ruscadır”

Serj Sarkisyanın baş nazir seçilməsindən sonra Ermənistanda vəziyyət daha da kəskinləşib.

Nikol Paşinyanın çağırışı ilə küçələrə çıxan aksiyaçılar Qarabağ klanının hakimiyyətdən getməsini tələb edirlər. Tələbələrin də qatıldığı kütləvi aksiyalarda əsas magistral yol və prospektlər bağlanır, nəqliyyatın hərəkəti iflic edilir.

Ölkədə kütləvi surətdə həbslərə başlanılıb. Qeyd edək ki, Paşinyan qərbyönümlü hesab olunsa da Qərb hələlik onu dəstəkləmir. Rusiyalı politoloqlar deyir ki, Nikol Paşinyan qərbyönlü, daha dəqiqi liberal müxalifətin nümayəndəsidir. Bu o demək deyil ki, Paşinyana birbaşa ödənişi Vaşinqton edir.

Aydın olan əsas məsələ erməni müxalifətinin Rusiyanın əleyhinə olaraq Avropa Birliyi və ABŞ-la görüşə getməsidir. Bu səbəbə görə, erməni müxalifətinin daxilində Moskvanın ünvanına və ya Rusiyanın aktiv olduğu bütün inteqrasiya bloklarına qarşı etirazlar daha yüksək səslə ortaya çıxır.

Bu arada rəsmi Moskva ilə Birləşmiş Ştatlar arasındakı kritik münasibətlər də dondurulmuş vəziyyətdədir. Putinlə Trampın görüşə biləcəyi ilə bağlı okeanın o tayından dedi-qodular atılsa da, Sergey Lavrovun təbirincə desək görüşlə bağlı heç bir tərəfdə hazırlıq işləri aparılmır.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə