4 rayonda e.ə 1-ci minilliyə aid xəzinə tapıldı (VİDEO)

4 rayonda e.ə 1-ci minilliyə aid xəzinə tapıldı (VİDEO)
Azərbaycanda tapılan qızıl və gümüş əşyalar 3 min il əvvələ aiddir

Azərbaycanlı alimlər Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında eramızdan əvvəl 1-ci minilliyə aid qızıl və gümüşdən hazırlanmış bəzək əşyaları aşkar ediblər.

Akademiyanın arxeologiya və etnoqrafiya institutunun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyiblinin rəhbərlik etdiyi qrup adı çəkilən rayonlarda araşdırmalar aparıb. Qrup bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyini qeydə alıb.

Alimlər təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalan qədim qəbir abidələrində qızıldan və tuncdan hazırlanan bir cüt sırğa, üzük, armudvari və boru şəkilli muncuqlar və asma bəzək əşyaları aşkar ediblər.

Bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir.

Araşdırmaların məqsədi orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyətinin yoxlanılması, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsinin müəyyənləşdirilməsi olub.

Bu əşyalarla yanaşı saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrini erkən dəmir dövrünə aid olduğu müəyyən edilib.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə