Qarabağdan danışan Sarkisyan hansı mesajı verdi? (VİDEO)

Qarabağdan danışan Sarkisyan hansı mesajı verdi? (VİDEO)
Baş nazir: “Tabutda çevirilərəm”

“Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi gələcək nəsillərə qalsın”.

Real TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Serj Sarkisyan “Şant” televiziyasına müsahibəsində bildirib.

O, qeyd edib ki, münaqişənin nizamlanması ilə bağlı danışıqlar davam etdirilməlidir:

“Bizim Qarabağla bağlı mövqeyimiz dəyişməyib. Ermənistanda Dağlıq Qarabağı Azərbaycana verməyə razı olacaq insanlar ola bilər? Bu, mənim üçün aydın deyil. Əgər gələcək nəsillər haqqında danışırsınızsa, onda mən tabutda çevrilə bilərəm”.

Serj Sarkisyan bildirib ki, problemin həlli üçün yalnız Ermənistan tərəfi güzəştə getməməlidir: “Bu yol sülhə aparmır. Sülhə aparan yol razılaşmadan keçir. Bunun üçün isə iki tərəfin də fikri olmalıdır”.

Politoloq Rasim Musabəyov Serj Sarkisyanın bu açıqlamasını Qərbə və Rusiyaya ünvanlanmış mesaj olduğunu deyir:

“Mən danışıqlar aparmaq və vəziyyəti nəzarətdə saxlamağa qadir Ermənistanda yeganə şəxsəm. Və onun əleyhdarlarına dəstək verməməyi, ona isə dəstək verməyə çağırışdı. Amma Ermənistan hakimiyyətində olan şəxs kimliyindən asılı olmayaraq anlamalıdır ki, seçim vaxtı çoxdan yetişib. Ya məsələnin demirəm tam həllinə,  sülh yolu ilə həllinə doğru real addımlar atılmalıdı, ya da müharibə uzaqda olmayacaq və gəlib onların qapılarını döyəcək”. 

Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarkisyan özünün yeni təyinatı ilə bağlı İrəvanda keçirilən etiraz aksiyalarını da şərh edib. O, istənilən cəmiyyətdə narazılıq müşahidə olunduğunu, Ermənistanın da bu nöqteyi-nəzərdən istisna olmadığını deyib.

Sarkisyan Ermənistan kimi ölkələrdə narazılığın daha kəskin şəkildə olduğunu bildirib:

“Lakin Ermənistanda narazılığın ifadə edilməsinə heç bir maneə yaradılmır. Qeyri-dinc xarakterli aksiyalar istisnadır – bu həm hökumətin, həm də cəmiyyətin xeyrinədir. Bütün aksiyalar qanun çərçivəsində keçirilməlidir. Bizim asayiş keşikçilərimiz təmkinlilik nümayiş etdirdilər. Mən hüquq-mühafizə orqanlarının güc tətbiq etmək məcburiyyətində qalmasını istəmirəm. Belə niyyət heç yoxdur. Amma ölkədə qanunsuzluq abu-havası hökm sürməməlidir”.

Qeyd edək ki, İrəvanda aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Bir neçə gün əvvəl sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə