Bakıda böyük söküntü qərarı - EKSKLÜZİV (VİDEO)

Bakıda böyük söküntü qərarı - EKSKLÜZİV (VİDEO)
Abid Şərifov: "Gələn aydan "Sovetski"də yeni söküntü prosesinə başlanılacaq"

"Hazırda “Sovetski”də yollar çəkilir. Aprelin axırı mayın əvvəllərindən etibarən isə bu ərazidə yenidən söküntü işlərinə başlanılacaq".

Bu barədə Real TV-ə müsahibəsində Baş nazirin müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, bu il “Sovetski”də söküntü işlərinin davam etdirilməsi üçün vəsait ayrılıb.

“Bu il və gələn il 2500-ə yaxın evin sökülməsi nəzərdə tutulub. 2500 evi köçürmək asan deyil. Ona görə də hazırlıq işləri gedir. Böyük ehtimalla aprelin sonu mayın əvvəlində söküntü işlərinə başlanılcaq. Söküntü işlərinin aparıldığı ərazilərdə yol çəkiləcək, yaşıllıq və park salınacaq. Başqa işlərdən söhbət gedə bilməz”, - deyə Abid Şərifov qeyd edib.

Baş nazirin müavini Bakıda həyata keçirilməsi nəzərdə tutulan və başladılan pilot layihələr barədə də açıqlamalar verib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə