Cənnətlik qarı (VİDEO)

Cənnətlik qarı (VİDEO)
Bu gün Nəsibə Zeynalovanın doğum günüdür

Azərbaycan kinosunda, teatrında ondan qabaq da, ondan sonra da çoxlu qadın sənətkarlar olub.

Hökümə Qurbanova, Barat Şəkinskaya,  Nəcibə Məlikova, Leyla Bədirbəyli və adını saymadığımız daha neçə-neçə gözəl xanımlar. Nəsibə Zeynalona onlara sadəcə gözəllikdə uduza bilərdi, amma peşəkarlıqda qətiyyən. Sənətkarı da önə çıxardan daha çox qabiliyyətidir. Nəsibə xanım bu qabiliyyətin tam özüydü. Ona görə də səhnənin bir nömrəli qalibiydi.

Onu hamı sevirdi. Balaca da, böyük də. Qoca da, cavan da. Hamının çöhrəsində gülüş, təbəssüm yarada bilirdi. Hərçənd zahiri görünüşü onu qayğılı birinə bənzədirdi. Əslində Azərbaycanda aktrisa olmaq elə qayğıların içində olmaq demək deyilmi?  Bütün problemlərinə rəğmən onun başlıca missiyası insanların üzünü güldürmək idi. Hərçənd onun dünyaya gəldiyi gün dünyanı ağladan Hitlerin də doğum günüdür. 20 aprel həm də bu əksikləri ilə maraqlıdır.

Hitler böyük dünyanın lənətini qazandı, Nəsibə xanım kiçik Azərbaycanın sevgisini. Dünyanı xilas edən də sevgi və gülüş olacaq. Gülüşü dodağında əbədi donan mələk, nur içində yat.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə