Bakıda “Formula-1”ə görə iki xəstəxana ayrıldı

Bakıda “Formula-1”ə görə iki xəstəxana ayrıldı
Oqtay Şirəliyev bununla bağlı yeni əmr hazırlayıb

Səhiyyə naziri Oqtay Şirəliyev 27 – 29 apreldə “Formula-1 Azərbaycan Qran Prisi”ndə tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.

Nazirlikdən bildirilib ki,  əmrə əsasən, ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə