İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı

İrəvanda tutulan etirazçıların sayı 217-yə çatdı
Xüsusi bölmələrin əməkdaşları aksiyanı dağıtmağa çalışırlar

Ermənistanın paytaxtı Yerevanda həbs olunan aksiya iştirakçılarının sayı 217-yə çatıb.

Bunu Ermənistan Poisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Aşot Aqaronyan deyib.

 


***12:25

Ermənistanın paytaxtı İrəvan şəhərində polislə etirazçılar arasında qarşıdurma davam edir.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, xüsusi bölmələrin əməkdaşları aksiyanı dağıtmağa çalışırlar.

Toqquşmalarda 37 aksiya iştirakçısını həbs edib. Bu barədə polisdən bildirilib.

Qeyd edək ki, İrəvanda aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir.

Mitinq Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədi ilə keçirilir. Aksiyalarda polislə vətəndaşlar arasında qarşıdurma baş verir. Mitinqlərdə indiyə qədər 46 adam yaralanıb. Onlardan 6 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə