Rusiyadan ABŞ-la müharibə riski barədə açıqlama

Rusiyadan ABŞ-la müharibə riski barədə açıqlama
Lavrov: "Putin danışıqlar üçün Trampla görüşə hazırdır"

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüşə hazırdır.

Real TV xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Daha əvvəl iki lider telefon danışığı zamanı belə bir görüşün mümkünlüyünü bildiriblər. Tramp həmin görüşün Vaşinqtonda baş tutmasının mümkün ola biləcəyini qeyd edib.

Lavrov deyib ki, Rusiya və ABŞ liderlərinin görüşünə hələ heç bir hazırlıq getmir.

“Prezidentlərin görüşü ilə bağlı hər hansı irəliləyiş olsa ictimaiyyətə dərhal açıqlama veriləcək. Diqqəti buna çəkmək istəyirəm ki, Putinlə telefon danışığından sonra Tramp twitter hesabında, çıxışlarında bildirib ki, Rusiya ilə məsələləri həll etmək, yaxşı münasibətlər qurmaq lazımdır”, - deyə Lavrov bildirib.

XİN rəhbəri iki ölkə arasındakı müharibə riski ilə bağlı suala da cavab verib.

O bildirib ki, Vladimir Putin və Donald Tramp, eyni zamanda iki ölkənin Müdafiə Nazirliyi 100% hərbi qarşıdurmaya imkan verməyəcək.

“Çünki Putin və Tramp xalqın seçdiyi prezidentlərdir. Onlar xalqı sülh və sabitlik içərisində yaşatmağa borculudurlar”, - deyə nazir qeyd edib.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə