Polisin keçirdiyi əməliyyat zamanı 26 nəfər saxlanılıb

Polisin keçirdiyi əməliyyat zamanı 26 nəfər saxlanılıb
Saxlanılan şəxslərdən 15 nəfər borclu olduğu üçün axtarışda olub

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Real TV-yə məlumat verilib. Verilən məlumata görə, qeydə alınan cinayətlərdən 19 hadisə “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər tutulub. O cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Qeydə alınan qəzalar nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə