Sarkisyan qorxuya düşüb: “... mən nə edirəm?”

Sarkisyan qorxuya düşüb: “... mən nə edirəm?”
Ermənistanın baş naziri keçirilən etiraz aksiyalarını şərh edib

“Küçələrə çıxan hər kəs bir daha düşünməli və qanunun göstərdiyi tələblərə əməl etməlidir. Kimsə kiminsə hüquqlarını poza bilməz. Hər kəs bir daha düşünməlidir ki, - “mən nə edirəm?”. Hər kəs öz hüququnu tələb edə bilər və fikirlərini azad şəkildə ifadə edə bilər. Lakin hər şey qanun çərçivəsində olmalıdır”.

Real TV “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarkisyan özünün yeni təyinatı ilə bağlı Yerevanda keçirilən etiraz aksiyalarını şərh edərkən bildirib. Onun sözlərinə görə, Ermənistan kimi ölkələrdə narazılıq daha kəskin şəkildə olur

“İstənilən cəmiyyətdə narazılıq müşahidə olunur. Ermənistan bu nöqteyi-nəzərdən istisna deyil. Digər ölkələrdən fərqli olaraq, Ermənistanda narazılığın ifadə edilməsinə heç bir maneə yaradılmır. Qeyri-dinc xarakterli aksiyalara is təbii ki, icazə verilmir. Bu həm hökumətin, həm də vətəndaşların xeyrinədir. Bütün aksiyalar qanun çərçivəsində keçirilməlidir”, - deyə Serj Sarkisyan bildirib.

Polisin xalqa qarşı göstərdiyi zorakılığı isə S.Sarkisyan belə şərh edib: “Polislərimiz təmkinlilik nümayiş etdirdilər. Mən hüquq-mühafizə orqanlarının güc tətbiq etmək məcburiyyətində qalmasını istəmirəm. Belə niyyət heç yoxdur. Amma ölkədə qanunsuzluq abu-havası hökm sürməməlidir. Polis məcbur qaldıqda güc tətbiq edir”.

Qeyd edək ki, İrəvanda aprelin 13-dən davam edən etiraz aksiyalarına müxalifətçi deputat Nikol Paşinyan rəhbərlik edir. Aksiyalarda polislə vətəndaşlar arasında qarşıdurma baş verir. Mitinqlərdə indiyə qədər 46 adam yaralanıb. Onlardan 6 nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə