Şahmatçılarımız "ShamkirChess"ə heç-heçə ilə başladı

Şahmatçılarımız
"ShamkirChess 2018" superturniri davam edir

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində Azərbaycanın hər 3 şahmatçısı ilk turun görüşlərini heç-heçə ilə başa vurub.

Real TV xəbər verir ki, Şəhriyar Məmmədyarov və Rauf Məmmədovun ardından Teymur Rəcəbov da "sülh"ə razılaşıb.

Şəhriyar Məmmədyarov ağ fiqurlarla dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib. Qarşılaşma 50-ci gedişdən sonra "sülh"lə yekunlaşıb - 0,5:0,5.

Rauf Məmmədov qara fiqurlarla çexiyalı David Navara ilə üz-üzə gəlib. Qarşılaşma 39-cu gedişdən sonra "sülh"lə yekunlaşıb - 0,5:0,5.

Teymur Rəcəbov qara fiqurlarla bolqarıstanlı Veselin Topalovla görüşün 43-cü gedişində xalı yarı bölüb - 0,5:0,5.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə