İşsizlər niyə iş tapa bilmir? (VİDEO)

İşsizlər niyə iş tapa bilmir? (VİDEO)
Məşğulluq xidmətinin müdiri: Onlar əmək haqqları ilə razılaşmırlar

Müasir dövrdə ən böyük problemlərdən biri də işsizlikdir. İşsizlik iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisədir və bu problem artıq dünyada qlobal şəkil alıb.

Problem Azərbaycan üçün də yad deyil. Hərçənd onun faiz göstəricisini aşağı salmaq dövlətin prioritet istiqamətlərindən biridir və yeni iş yerlərinin açılması ilə problemi önləmək gündəmdən düşmür.

Problemə gəlincə,.müxtəlif  kateqoriyaya  mənsub olan səxslər iş tapmamaqlarından narazıdırlar. Narazılıqlar daha çox ali təhsilli şəxslərlə bağlıdır. İş tapa bilmirəm deyib məşğulluq idarəsinə müraciət etməyənlər də kifayət qədərdir, göstərilən əmək haqqı ilə razılaşmayanlar da.

Xüsusən paytaxtın müəyyən yerlərində qeyri-leqal əmək bazarı yaradan bu şəxslərin əksəriyyəti iş üçün aidiyyatı qurumlara ya müraciət etmirlər ya da ki, onlara göstərilən əmək haqqı ilə razi deyillər.

Problem bununla da bitmir. Belə ki məşğulluq idarələri ilə barəbər bir sıra işə düzəltmə büroları da fəaliyyət göstərir. Elə bu il ərzində birjalara üz tutanların sayı da kifayət qədər artıb.işə düzəltmə bürosunun meneceri Səfər Abbasov deyir ki, ən böyük problmelərdən biri də mürciət edənlərin potesnialları işə götürən şirkətin tələblərinə cavab verməməsidir.

İş yerlərinin kifayət qədər olduğunu heç yerə getmədən və müraciət etmədən elə iş elanlarından da görmək olar. İstənilən iş elanlarında minumum əmək haqından tutmuş maksumum əmək haqqına qədər müxtəlif növdə işlər təkilif edilir.

Lakin həmin iş elanları elə elan olaraq saytların arxivində qalır. Dünya prkatiksında isə vəziyyət tamamilə fərqlidir. Yəni işçilər işə düzəlmədən öncə müəyyən kurslara gedərək seçəcəkləri işlə bağlı müəyyən biliklərə sahib olurlar. Daha sonra işlə bağlı müraciət edirlər.

Qeyd edək ki, 2016 ci ildə respbulika üzrə işsiz əhalinin sayı 252.8 nəfər idisə 2017 ci ildə bu rəqəm  251.7 nəfər olub. Bu da əahlinin iş qabiliyyətli hissəsinin  5 faizini təşkil edir.

Kamil Eldaroğlu
Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə