“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv edilir (FOTO)

“Koroğlu” metrostansiyasının qarşısındakı avtobus dayanacağı ləğv edilir (FOTO)
Hazırda yol kənarında məhəccərlərin quraşdırılması işləri həyata keçirilir

“Koroğlu” metrostansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin,  eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin icrasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Real TV-yə verilən məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılması işləri həyata keçirilir.

Bildirilib ki, bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələri və “Koroğlu” metrostansiyasından çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələri xahiş olunur”.

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi aprelin 21-də ləğv ediləcək.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə