Azərbaycanın erməniləri vahiməyə salan silahı (VİDEO)

Azərbaycanın erməniləri vahiməyə salan silahı (VİDEO)
Müdafiə Sənayesi Nazirliyinin müvafiq müəssisısində artıq bu zərbə pilotsuzları özümüz istehsal edirik

Rusiya mətbuatında Azərbaycanın kəşfiyyat zərbə pilotsuz uçuş aparatlarının görüntülərinin yayıldığı haqda məlumat yayılıb. Haqqında danışılan kadr isə Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin gəmisindən verilən görüntüdür...

Sensasiya donu geydirilən materiallara cavab olaraq deyək ki, Azərbaycan heç də zərbə pilotsuz aparatları haqda məlumatları gizlətmir. 2016-cı ilin aprel döyüşlərində də bu kəşfiyyat-zərbə pilotsuz uçuş aparatları ilə işğalçı Ermənistan silahlı birləşmələrinə ciddi zərbələr endirildi...

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müvafiq müəssisısində artıq bu zərbə pilotsuzları özümüz istehsal edirik...  Radar və 360 dərəcə baxış bucağı olan kamera ilə təchiz olunan bu zərbə pilotsuz uçuş aparatları İsrailin Naqor və Naqru pilotsuzlarının əsasında hazırlanır. 

Kəşfiyyat zərbə pilotsuz uçuş aparatı hədəfi axtarıb tapır və təsbit etdikdən sonra özütuşlanan raket-mərmiyə, tarana gedən təyyarəyə çevrilir. Kəşfiyyat aparıb həmləyə hazır olan zərbə pilotsuz hədəfə hücum anında komanda məntəqəsindən geri çağırıla da bilər.

Zərbə pilotsuz uçuş aparatı konteyner tipli daşınan qurğudan buraxılır. Bu pilotsuzlar düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etmək üçün nəzərdə tutulub. Çəkisi 135 kiloqram olan bu pilotsuzların uçuş məsafəsi 1000 kilometr, sürəti saatda 185 kilometrdir, səmada qalma müddəti 6 saatdır.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə