Siyasətin ÖZƏL adamı (VİDEO)

Siyasətin ÖZƏL adamı (VİDEO)

Türkiyənin 8-ci prezidenti Turqut Özalın gəncliyində ən böyük arzusu pilot olmaq imiş. Yerdən ayağını üzmək, göyün ənginliklərində uçmaq. Amma tale elə gətirdi ki, o, siyasətin ənginliklərində süzəsi oldu. Və təbii buna görə ilk növbədə Allaha, sonra isə ... uzunqulağa minnətdar olmalıdır. Çünki uzunqulaqdan yıxıldığı və ciddi xəsarət aldığı üçün bir qolu digər qolundan neçəsə sm qısa qalan Turqut Özalın üzünə pilot məktəbinin qapıları bağlandı. Siyasət məktəbinin qapıları isə baş vurmaq istəyənlər üçün həmişə açıqdır.

O, İstanbul Texniki Universitetinin Elektrik Mühəndisliyi fakultəsində təhsil alıb, Bir müddət mühəndisliklə məşğul olub,  27 may çevrilişindən sonra əsgərliyə çağırılıb və sonradan Türkiyənin 9-cu Prezidenti olacaq Süleyman Dəmirəllə də burada tanış olub. Onu qaynar siyasətdə 80-ci illərdən görürük. 1980-ci ilin iyulun 12-də baş verən çevrilişdən sonra qurulan hökumətdə iqtisadi işlərdən məsul baş nazir köməkçisi təyin edilsə də 1982-ci ildə vəzifəsindən istefa verib. 1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə qələbə qazanır. 400 nəfərdən ibarət parlamentdə 211 millət vəlilinin onun partiyasından seçilməsi ilə tək başına iqtidar və 45-ci hökümətin baş naziri olur.  Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynayır. 1987-ci ildə keçirilən seçkilərdə o artıq  parlamentdə 292  yerə sahib idi.

1988-ci ilin iyununda  Ankara Atatürk İdman Salonunda Ana Vətən Partiyasının 2-ci Konqresinin təşkilat mərasimində ona sui qəsd təşkil edilir.  Qartal Dəmirdağın 12 metr aralıdan saat 12:15-də açdığı dalbadal iki dəfə atəş Özalın sağ əlini yaralayır. İnsidendə daha 18 nəfər yaralanır. Dəmirdağ ölüm cəzasına məhkum edilsə də, sonradan cəzası 20 ilə endirilir, Turqut Özalın prezidentliyi  dövründə isə əfv olunur. Özal 1989-cu ildə prezident seçilir. Həmin ilin noyabrın Türkiyənin 8-ci prezidenti kimi  rəsmi olaraq vəzifəsinin icrasına başlayır. 5 il bu postda oturur. Ta ki,  1993-cü il aprelin 17-də 5 ölkəni əhatə edən 12 günlük Türküstan səyahətinə qədər. Bu səyahətdən sonra Turqut Özal həyatla vidalaşır. Ölümündən sonra onun zəhərlənməsi söz-söhbəti gündəmə gəlir.  Xüsusilə həyat yoldaşı Səmra Özal ərinin  içkisinə qatılan zəhərlə öldürüldüyünü iddia edir. 2012-ci il in oktyabrında - Turqut Özalın ölümündən 12 il sonra qəbri açılır və bədənində zəhərin tapıldığı müəyyən edilir. Amma yenə də  Özalın zəhərdənmi, yoxsa başqa səbəbdənmi öldüyünün müəyyən olmadığı bildirilir.

Bu gün də Turqut Özalı sadəcə Türkiyənin 8 prezidenti kimi anmırlar. Onu Birinci Körfəz Müharibəsində çox vacib bir rol oynayan siyasətçi kimi də xatırlayırlar. O,  Səddam Hüseyni Türkiyə üçün böyük bir təhlükə zənn etmiş, ABŞ-a Səddam Hüseynə qarşı mübarizədə açıq dəstək vermişdi. O xalqın içindən çıxan sadə biriydi. Geyimləri də həmişə sadə olardı. Məsələn, bir çox rəsmi tədbirlərdə onu qalstuksuz görməyə çoxları artıq adət etmişdi. Kətan şalvarda, kətan ayaqqabıda qonaq qarşılayar, rəsmi proqramlara qatılardı. Hətta bir dəfə ordunun təlimlərinə şortikdə qatıldığı üçün mətbuatın qınağına da tuş gəlmişdi.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə