19 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (VİDEO)

19 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (VİDEO)
Yol təhvil verildikdən sonra 44 mindən artıq əhalinin rahat gediş-gəlişi təmin ediləcək

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan yollardan biri Neftçala rayonunun 19 yaşayış məntəqəsini birləşdirən Respublika əhəmiyyətli Neftçala-Xolqaraqaşlı avtomobil yoludur.

47 km uzunluğunda avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun bərpa edilir. İlk olaraq yol yatağının qurulması işləri aparılıb. 

 “Torpaq işlərinə paralel olaraq yol əsası hazır olan hissədə artıq asfaltlanma işlərinə də başlanılıb. Texnoloji ardıcıllığa uyğun olaraq hazırda 7 sm hündürlükdə iri dənəli asfalt-beton qarışığından 6 metr enində hərəkət hissə inşa edilir. Bunun ardınca 5 sm qalınlıqda xırda dənəli asfalt-beton qarışığından örtüyün üst qatı döşənəcək. Asfaltlanma işləri 280 min kv.m sahəni əhatə edəcək”, - AAYDA-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Suların ötürülməsi üçün yol boyu mövcud borular yararsız vəziyyətdə olduğu üçün dəyişdirilir. Artıq yola 378 paqon-metr müxtəlif diametrli suötürücü dəmir-beton boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası işləri aparılıb.

Bundan başqa yol boyu mövcud körpülərin bərpası, 6 ədəd avtobus dayanacağıın tikilməsi də planlaşdırılıb. Tikinti işlərinin sonunda hərəkətin normal təşkili üçün 80 ədəd yol nişanı, 47 ədəd km göstəricinin quraşdırılması, 141 km uzunluğunda xətlənmə işlərinin aparılması nəzərdə tutulub.

Yol təhvil verildikdən sonra 44 mindən artıq əhalinin rahat gediş-gəlişi təmin ediləcək.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə