Türkiyəni şoka salan gözlənilməz həmlə

Türkiyəni şoka salan gözlənilməz həmlə
Dövlət Baxçali Türkiyəni niyə erkən seçkiyə aparir?

"MHP lideri Dövlət Baxçalı bu gün partiyasının qrup toplantısında “növbədənkənar (avqustun 26-da) prezident və parlament seçkisi keçirilməlidir” deməklə Türkiyəni şoka salıb".

Real TV xəbər verir ki, bunu “Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu MHP liderinin gözlənilməz təklifini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Dövlət Baxçalının bu çağırışı etməsinin arxasında iki variant ola bilər.

“İki variant mümkündür. Baxçalı ya bu açıqlamanı müttəfiqi olduğu Ədalət və İnkişaf Partiyasının razılığı əsasında səsləndirib, ya da müttəfiqlərini fakt qarşısında qoyub. Baxçalı bu açıqlamanı Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla razılaşdırıbsa, demək bu ortaq siyasi gedişdir. Ankaradan yeni qayıtmışam. İqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Hökumətin iqtisadiyyatda ciddi problemləri var, bunu Ərdoğan da etiraf edir. Ona görə də vaxt keçdikcə AKP-MHP ittifaqının reytinqi aşağı düşə bilər. Ona görə də Ərdoğan-Baxçalı cütlüyü həmin günü gözləmədən erkən seçki keçirib səslərini qorumaq istəyə bilərlər. Yox əgər Baxçalı Ərdoğanla razılaşdırmadan Cumhurbaşqanını fakt qarşısında qoyubsa, bu MHP-AKP ittifaqında ciddi inamsızlıq yarada bilər. Yeni yaranan İyi Parti və onun lideri Meral Akşener seçkiyə ciddi hazırlaşır. MHP-nin elə AKP ilə ittifaq yaratmaqda məqsədlərindən ən əsası da səslərini Akşenerə uduzmamasıdır.

Buna baxmayaraq, Dövlət Baxçalının hesabları yanlış çıxa bilər. Bir dəfə Baxçalı eyni səhvi edib. 1999-cu ildə hökumətdə DSP-MHP-ANAP koalisyonu var idi. Baş nazir Bülənt Ecevit, Dövlət Baxçalı isə onun birinci yardımçısı idi. İqtisadiyyat ağır günlərini yaşayırdı, ancaq Ecevit hökuməti böhrandan çıxmaq üçün ciddi addımlar atmışdı. Baxçalı qəfil elan etdi ki, erkən seçkilər keçirilməlidir və bununla ortağı Eceviti şoka saldı. Rəhmətlik Bülent Ecevit xatirələrində yazırdı ki, Dövlət Baxçalının işlər yaxşıya doğru gedərkən niyə hökuməti dağıtdığını anlamadı. O zaman hökumət dağıldı, erkən seçkilər keçirildi, nə DSP, nə ANAP, nə də MHP parlamentə düşə bildi, hakimiyyətə yeni qurulan AKP gəldi və odu-budur iqtidardadır. İndi Baxçalı yenə eyni yolla gedib partiyasını və müttəfiqini mürəkkəb vəziyyətə sürükləyə bilər”, - deyə politoloq qeyd edib.

Həmçinin oxuyun: Türkiyədə növbədənkənar prezident seçkiləri təklifi

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə