Türkiyədə növbədənkənar prezident seçkiləri təklifi

Türkiyədə növbədənkənar prezident seçkiləri təklifi
Baxçalı: "2019-cu il noyabrın 3-nə gedən yol hər dəqiqə çətinləşir"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinin vacib olduğunu bəyan edib.

Real TV-nin məlumatına görə, MHP lideri 2019-cu il noyabrın 3-də keçirilməsi planlaşdırılan president və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib.

“Prezident üsul-idarəsi hələlik tam tətbiq edilməyib. Türkiyənin 2019-cu il noyabr ayının 3-nə qədər dayana bilməsi asan deyil. O günə gedən yol hər dəqiqə çətinləşir. Ölkəmiz xarici qüvvələrin təhdidi altındadır. Təklifimiz 26 avqust 2018-ci ildə prezident və parlament seçkilərinin keçirilməsi, xalqımızın Türkiyə düşmənlərinə lazımi dərs verməsidir. Növbədənkənar seçkilərin keçirilməsi bir milli zərurətdir”, - deyə Dövlət Baxçalı bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP liderinin təklifini iusə belə dəyərləndirib:

“Bu təkliflə bağlı hələlik heç bir söz söyləyə bilmərəm. Lakin sabah cənab Baxçalı ilə görüşəcəm”.

Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ isə təklifin hakim Ədalət və İnkişaf Partiyasının ali qurumlarında müzakirə olunacağını açıqlayıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə