İnsana şah damarı qədər yaxın təhlükə (VİDEO)

İnsana şah damarı qədər yaxın təhlükə (VİDEO)
Müraciətlər o qədər çox olub ki, xəstəxanada nevroloji briqada bərpa edilib

“Ötən illə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə edilir”.

Bunu Real TV-yə açıqlamasında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva deyib.

Onun sözlərinə görə bununla bağlı müraciətlər o qədər çox olub ki, stansiyanın tərkibində nevroloji briqada bərpa edilib.  

Amerika Səhiyyə Assosiasiyanın hesabatında qeyd edilib ki, ürək-damar xəstəliyi ölümün aparıcı qlobal səbəbidir. 2013-cü ildə ürək-damar xəstəlikləri ölüm hallarının 31%-ni təşkil edib və dünya üzrə 17.3 milyon ölüm halı qeydə alınıb. Bu rəqəmin 2030-cu ilə kimi 23,6 milyona çatacağı deyilir.

Azərbaycanda son zamanlar əhali arasında infarkt və insultdan ölüm hallarının artdığı isə necə deyərlər göz qabağındadır. Məşhur ginekoloq Səbinə Mirzəyevanın da məhz insuıtdan qəfil dünyasını dəyişməsi bu xəstəlikləri yenidən gündəmə gətirdi.

Mütəxəssislərinin fikrincə, piylənmə, şəkər xəstəliyi, yüksək təzyiq, siqaret istifadəsi, müsbət xolesterolun aşağı olması, müntəzəm idman etməmək, stressli həyat ürək-damar xəstəliklərinə səbəb olur. Statistikaya əsasən Azərbaycanda ürək-damar xəstəliklərindən ölüm hallarının nisbəti digər Avropa ölkələrindən fərqlənmir.

Lakin əhali arasında bu xəstəliklərdə cavanlaşma qeydə alınır. Bu xəstəliklərin sayında artım bütün dünyada müşahidə edilir. Bunun da ilkin səbəbi stress və depressiyadır. Bundan başqa, ekologiyanın pozulması, düzgün qidalanmama, piylənmə, maddələr mübadiləsinin pozulması, II tip şəkərli diabet də ürək-damar xəstəliklərinin artmasına gətirib çıxarır.

Həkimlər bildirir ki, iqlim şəraitinin dəyişməsi bu xəstəliklərin riskinin artmasına səbəb olur. Hətta iqlimlə bağlı olaraq qrip və qripə oxşar viruslar yayılır ki, bu da ürək-damar xəstəliklərindən ölüm hallarının riskini artıran amildir.

Mütəxəssislərin insultla rastlaşmamaq üçün əsas tövsiyyəsi qidalanma ilə bağlıdır.

İkinci yerdə isə stressi azaltmaq məsləhətdir. Ən əsası isə vaxtlı vaxtında müayinə olunmaq lazımdır.

Ayşəm Rüstəmova
Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə