Dağlıq Qarabağdan İrəvana hərbi qüvvələr yeridilir (FOTO, VİDEO)

Dağlıq Qarabağdan İrəvana hərbi qüvvələr yeridilir (FOTO, VİDEO)
Ermənistanda vəziyyət kritik həddə çatıb

Ermənistanda Serj Sarkisyanın baş nazir vəzifəsini tutmasına qarşı əhalinin kütləvi etirazları getdikcə geniş vüsət alır. 

Erməni KİV-lərinin məlumatına görə, vəziyyəti daha da gərginləşdirən məqamlardan biri də İrəvan və onun ətrafında yerləşən polis və ordunun hazırkı hakimiyyətə tabe olmamaları, eləcə də etirazçılara qarşı güc tətbiq edilməsindən imtina etmələridir.

Xankəndində yerləşən mənbələrin yaydığı xəbərə görə, yaranmış vəziyyətdən ciddi narahatlıq keçirən Serj Sarkisyan hakimiyyəti cərəyan edən xalq etirazlarını yatırtmaq məqsədilə özünə loyallığı ilə seçilən və Dağlıq Qarabağda yerləşən hərbi qüvvələrin bir hissəsini İrəvana yeritmək qərarına gəlib.

Etirazçıların öz qərarlarında israrlı olması isə vəziyyəti daha da kəskinləşdirir. Belə olacağı təqdirdə, hakimiyyəti əldən vermək fikrində olmayan Sarkisyan və onun silahlı tərəfdarlarının etirazçılara qarşı ən ciddi tədbirlər görməsi, o cümlədən silah tətbiq etməsi istisna edilmir. Bu da 2008-ci ilin martın 1-də baş vermiş qanlı hadisələrin yenidən təkrarlanmasına gətirib çıxara bilər.

Ordu.az

 


***11:00

Ermənistanın paytaxtı İrəvan şəhərində xalqın kütləvi etirazları davam edir.

Real TV “news.am” saytına istinadən xəbər verir ki, etirazçılar İrəvanın mərkəzi küçələrini bağlayırlar.

Polisin müdaxiləsinə baxmayaraq, aksiya iştirakçıları mitinqi davam etdirəcəklərini bildiriblər.

Bununla da, aprelin 17-dən başlayaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə mütinq iştirakçıları arasında toqquşma yaranıb.

Nəticədə 30 nəfərdən çox aksiya iştirakçısı saxlanılıb. İrəvanın Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb.

Ermənistan KİV-ləri xəbər verir ki, prospektə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib.

Hadisə yerinə 50-60 avtobus polis gətirilib.  

Qəzəbli kütlə polisə qarşı daha da aqressivlik nümayiş etidirblər. Hətta bəziləri küçənin ortasında xalça sərərək uzanıblar. 

Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə