Ermənistanda polis etiraz aksiyasını dağıda bilmir

Ermənistanda polis etiraz aksiyasını dağıda bilmir
Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma davam edir

Ermənistan polisinin xüsusi bölmələri paytaxt İrəvanda etirazçıların bağladığı mərkəzi prospekti açmağa çalışır.

"Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, polis etirazçıları səkiyə sıxışdırıb. Asayiş keşikçiləri bir neçə aksiyaçını polis avtomobilinə dolduraraq aparıblar. Aksiyanın iştirakçıları sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə seçilməsinə narazılıq edərək, Yerevanın mərkəzi küçələrini bağlayıblar.

Daha əvvəl aksiyanın rəhbəri, parlamentin deputatı Nikol Paşinyan bildirib ki, aksiyaçılar çərşənbə axşamı baş nazir vəzifəsinə müzakirələrin və səsvermələrin keçiriləcəyi parlamentə bütün giriş yollarını bağlayacaqlar. O, gecə mərkəzi küçələri bağlamağı təklif edib.

Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə