İrəvanda etiraz aksiyaları davam edir

İrəvanda etiraz aksiyaları davam edir
Aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar.

Real TV “news.am” saytına istinadən xəbər verir ki, müxalifət fəalları artıq bir neçə küçə və prospekti bağlamağa müvəffəq olublar. Verilən məlumata görə, müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyan qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq davranırlar. Parlament binasının yaxınlığına çox sayda polis cəlb olunub.

Bundan əvvəl N.Paşinyan etirazçıların aprelin 17-ə olan hərəkət planını açıqlayıb. O bildirib ki, ölkənin baş nazirini seçmək üçün iclasın qarşısını almaq məqsədilə parlamentin yaxınlığında bütün küçələrin bağlanmasına cəhd edəcəklər.  

Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə