İsrail Suriyanı bombaladı

İsrail Suriyanı bombaladı
“Şayrat” aviabazası və Dümeyr aerodromuna raket zərbələri endirilib

Bu gecə Suriya yenə də raket hücumlarına məruz qalıb.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” agentliyi məlumat yayıb. Verilən məlumata görə, Suriyanın Hüms əyalətindəki “Şayrat”  aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.

Verilən məlumata görə, Suriyanın havadan müdafiə sistemləri Hüms ətrafında “Şayrat” aviabazasına atılan 9 raketi vurub. Zərbələr nəticəsində ölən və yaralanan olmayıb. Bildirilir ki, aviabazaya zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər. Əməliyyat 50 dəqiqə davam edib.

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Suriyaya hərbi zərbələr endirilməsinə münasibət bildirib. Rəsmi açıqlamada əməliyyatın Türkiyə tərəfindən məmnunluqla qarşılandığı qeyd olunub. Rusiya və İran isə bu hücumu pisləyib.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə