Balakəndə sel suları fəsadlar törətdi, istixanalar dağıldı

Balakəndə sel suları fəsadlar törətdi, istixanalar dağıldı
Dərhal Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerinə gəlib

Balakən rayonunda Katex və Dəliçay çayları məcrasından çıxıb.

Real TV xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva məlumat verib.

İcra başçısının müavini bildirib ki, hər iki çayda daşqınlar dağlıq ərazilərdə yağıntının miqdarının həddindən artıq olması nəticəsində baş verib: "Aprelin 15-də dağlara güclü yağış yağıb. Nəticədə hər iki çay daşıb və ətraf kəndləri su basıb. Katex və Mahamalar kəndində həyətyanı sahələri, istixanaları su basıb. Bəzi həyətlərdə istixanalarda şitillər məhv olub. Bəzilərinin tütün sahələrini su basıb. Dərhal Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerində olub və ərazilər təmizlənib. Hazırda həyətyanı sahələrdə su yoxdur".

M.Nuriyeva bildirib ki, hadisə nəticəsində həmin kəndlərə elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb, kəndlər fasiləsiz enerji ilə təmin edilib.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə