ABŞ-dan yeni hədəf: Rusiya hərbi bazalarını vura bilərik

ABŞ-dan yeni hədəf: Rusiya hərbi bazalarını vura bilərik
Ağ Ev nümayəndəsi yeni raket zərbələrini istisna etməyib

ABŞ Silahlı Qüvvələrinin Rusiyanın Suriyada yerləşən hərbi bazalarına zərbələr endirməsi istisna edilmir.

Real TV xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Sara Sanders deyib.

Ağ Ev nümayəndəsi mətbuat konfransında jurnalistin Suriyada fəaliyyət göstərən Rusiya hərbçilərinə hücumun edilməsi mümkünlüyü ilə bağlı sualına belə cavab verib: “Biz hər variantı nəzərdən keçiririk”.

Sara Sandersin sözlərinə, Vaşinqtonda hesab edirlər ki, Rusiya Suriyanın paytaxtı Dəməşq yaxınlığında həyata keçirilən kimyəvi silah hücumuna görə məsuliyyət daşıyır.

“Biz əvvəlki kimi əminik ki, Duma şəhərində kimyəvi hücumun arxasında Suriya hökuməti durur. Hadisəyə görə həmçinin Rusiya məsuliyyət daşıyır. Çünki rəsmi Moskva hücumun qarşısını almayıb”, - deyə S.Sanders qeyd edib.

Aprelin 7-də Suriyanın Şərqi Quta bölgəsində yerləşən Duma şəhərində kimyəvi silahın tətbiqi nəticəsində çoxlu sayda insan ölüb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə