İrəvanda kütləvi etiraz aksiyaları: Rusiyadan xəbərdarlıq (VİDEO, FOTO)

İrəvanda kütləvi etiraz aksiyaları: Rusiyadan xəbərdarlıq (VİDEO, FOTO)
İrəvanda etiraz aksiyaları davam edir

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanda olan vətəndaşlarına xəbərdarlıq edib. 

Nazirliyin Mətbuat xidmətinin müvafiq bəyanatı "Twitter"də dərc olunub.

Rusiya XİN bu günlərdə Ermənistanda olan vətəndaşlarını daha diqqətli olmağa çağırır.

"İnsanların kütləvi toplaşdığı yerlərdən kənar olmaq tövsiyə edilir", - bəyanatda deyilir.

 


***19:05

Ermənistanın paytaxtı Yerevan şəhərində keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. 

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. 

"Tibb müəssisələrinə 46 nəfər, həmçinin 6 polis əməkdaşı müraciət edib. Onların bir qismi tibbi yardım göstərildikdən sonra evə buraxılıb", - Nazirliyin məlumatında deyilir.


***18:05

Ermənistanın paytaxtı İrəvan şəhərində etirazlar davam edir.

Real TV “news.am” saytına istinadən xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin verilməsinə qarşı etirazlar çaxşanmalara səbəb olub.

İrəvanın mərkəzində aksiya iştirakçıları ilə polis əməkdaşları arasında qarşıdurma olub.

Qeyd olunur ki, polis parlament binasına doğru hərəkət etməyə çalışan etirazçıların qarşısını alarkən iğtişaş başlayıb.

Polis gözyaşardıcı qazdan istifadə etməli olub. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Müxalif millət vəkili Nikol Paşinyan da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə