Türkiyə Fransanın cavabını verdi: Tamamilə yalandır

Türkiyə Fransanın cavabını verdi: Tamamilə yalandır
Çavuşoğlu: Emmanuel Makron həddindən artıq populist çıxışlar edir.

"Fransa prezidenti Emmanuel Makron çox populist çıxışlar edir".

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa liderinin Suriyada Bəşər Əsəd qüvvələrinə məxsus bazanın vurulması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Makron həddindən artıq populistdir: "Makron tamamilə yalan danışır. O, Ankarada keçirilən Ərdoğan-Putin-Ruhani görüşünə qatılmaq istəyirdi. Lakin ona müsbət cavab vermədik".

Qeyd edək ki, BFMTV telekanalına müsahibə verən Fransa prezidenti Emmanuel Makron bildirib ki, Suriyada keçirilən hərbi əməliyyat uğurla başa çatıb.

“Kimyəvi silahların hazırlandığı 3 mərkəz hədəfə alınmışdı. 1-ci mərkəz ABŞ və Böyük Britaniya, 2-ci mərkəz yalnız ABŞ, 3-cü mərkəz isə Fransa qüvvələri tərəfindən vurulub”, - deyə Fransa prezidenti qeyd edib.

O, eyni zamanda bildirib ki, bu əməliyyatla Rusiya və Türkiyəni də bir-birindən ayrıldı: “Biz bu əməliyyatla Rusiya ilə Türkiyəni də bir-birindən uzaqlaşdırmağı bacardıq. Rusiya əməliyyata qarşı çıxdı, Türkiyə isə dəstəklədi. Əgər raket zərbələri nəticə verməsəydi, Türkiyəyə gedəcəkdim Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani ilə görüşməyi planlaşdırmışdım”.

Fransa prezidenti onu da əlavə edib ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması məsələsində Donald Trampı fikrindən daşındırıb.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə