Makron Fransanın Suriyadakı məqsədini açıqladı

Makron Fransanın Suriyadakı məqsədini açıqladı
"Fransa da bu mövqedədir, ABŞ da"

Beynəlxalq koalisiyanı Suriyadakı hərbi öhdəlikləri İŞİD terror qruplaşması ilə müharibə bitən kimi başa çatacaq. Bundan başqa, Suriyada sülhün bərpasına görə məsuliyyət də var.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib. Onun sözlərinə görə, Suriyada terrorçuların kökü kəsiləndən sonra hərbi qüvvələr ölkəni tərk edəcək.

“Hərbi öhdəliklər İŞİD-ə qarşı yönəlib və bu, terror təşkilatına qarşı müharibə bitəndə yekunlaşacaq. Fransa da bu mövqedədir, ABŞ da. Düzdür biz Suriyada əməliyyatları birgə keçiririk, lakin Fransanın məqsədi terrorçularla mübarizədir”, - deyə E.Makron qeyd edib.

Qeyd edək ki, E.Makron bu açıqlamaları Yeni Zellandiyanın baş naziri ilə görüş zamanı verib. Fransız lider digər məqamlara da toxunub.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə