Azərbaycanda “yol terroru”: 12 ölü, 38 yaralı

Azərbaycanda “yol terroru”: 12 ölü, 38 yaralı
Cinayət törətməkdə şübhəli bilinən 151 nəfər saxlanılıb

Ötən həftə ərzində (aprelin 9-15-də) Azərbaycanın daxili işlər orqanları tərəfindən  659 cinayət faktı qeydə alınıb, onların da 95-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 47 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 123 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həftə ərzində ölkənin avtomobil yollarında 24 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 151 nəfər saxlanılıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə