Bakıda 45 yaşlı qadın yoxa çıxdı (FOTO)

Bakıda 45 yaşlı qadın yoxa çıxdı (FOTO)
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yaydı

Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səbinə Bünyatova aprelin 8-də Səbail rayonunda yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Real TV-yə bildirilib. Verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: Boyu 150 sm., arıq bədən quruluşludur, qısa sarı saçı var. Evdən çıxarkən əynində göy cins şalvar, qara gödəkçə və göy rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Səbail Rayon Polis İdarəsinə, 8-ci Polis Bölməsinə (012) 437-02-02, (012) 491-02-02, (050) 210-59-05 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə