Ərdoğandan dünya ölkələrinə gözlənilməz təklif (VİDEO)

Ərdoğandan dünya ölkələrinə gözlənilməz təklif (VİDEO)
Türkiyə prezidenti: Kreditlər dollarla yox, qızılla verilsin

“Siz Türkiyəyə müəyyən məbləğdə borc verdiniz. Təşəkkür edirik. Hər ay faiz alırsınız, məbləğləri yoxlayırsınız. Amma sizin siyasətə qarışmağa ixtiyarınız yoxdur. Türkiyənin rəhbəri mənəm və mənim işimə qarışa bilməzsiniz. Biz sizin kreditinizi veririk”

Real TV xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Qlobal Sahibkarlıq Konqresində çıxışı zamanı bildirib.

Türkiyə rəhbəri Avropa ölkələri və ABŞ hökumətinə Türkiyənin müstəqil siyasət yürütdüyünü xatırladıb.

“Siz bizə dollarla kredit verirsiniz. Təklif edirəm ki, borcları qızıl ilə hesablasınlar. Çünki ABŞ istədiyi vaxt dolların qiymətinə təzyiq edə bilir. Lakin qızılın dəyəri beynəlxalq iqtisadi proseslərlə tənzimlənir”, - deyə Ərdoğan vurğulayıb.

Türkiyə rəhbəri çıxışı zamanı Afrika ölkələrinin təbii sərvətlərini talayan imperiya dövlətlərinə də səslənib: “Bəzi imperiya dövlətləri Afrika ölkələrindəki qızılı, nefti və digər təbii sərvətləri taladılar. Əvəzində isə onların verdiyi nə oldu? Təbii ki, Afrika ölkələrinə aldıqlarının əvəzində heç nə vermədilər”.

Türkiyə prezidenti eyni zamanda Suriyanı bombalayan ABŞ və müttəfiqləri barədə də açıqlama verib: “Onlar Suriyaya girdilər, kimyəvi silahdan istifadə adı altında Suriyanı vurdular. Oradan Türkiyəyə 3 miloyndan çox qaçqın gəlib. Hansı böyük dövlət suriyalı qaçqınlara yardım edib? Suriyadan gələn uşaqların pərişan üzlərini görürəm, lakin digərləri görmür. Təkcə bir şeyi deyirlər: “kimyəvi silahdan istifadə edildiyi üçün vurduq”. Mən də deyirəm ki, niyə sadəcə kimyəvi silahı dəyərləndirirsiniz? Digər silahlardan niyə danışmırsız?”.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə