Suriyada hədəf: Türkiyə ilə Rusiyanı ayırmağı bacardıq

Suriyada hədəf: Türkiyə ilə Rusiyanı ayırmağı bacardıq
Fransa prezidenti Suriya əməliyyatının əsas hədəflərini açıqlayıb

ABŞ və Böyük Britaniya ilə birlikdə Suriyaya raket zərbələri endirən Fransa son hücumun hədəflərini açıqlayıb.

Real TV “Dailysabah” agentliyinə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalına müsahibə verən Fransa prezidenti Emmanuel Makron danışıb.

E.Makorn bildirib ki, Suriyada keçirilən hərbi əməliyyat uğurla başa çatıb.

“Kimyəvi silahların hazırlandığı 3 mərkəz hədəfə alınmışdı. 1-ci mərkəz ABŞ və Böyük Britaniya, 2-ci mərkəz yalnız ABŞ, 3-cü mərkəz isə Fransa qüvvələri tərəfindən vurulub”, - deyə Fransa prezidenti qeyd edib.

O, eyni zamanda bildirib ki, bu əməliyyatla Rusiya və Türkiyəni də bir-birindən ayrıldı.

“Biz bu əməliyyatla Rusiya ilə Türkiyəni də bir-birindən uzaqlaşdırmağı bacardıq. Rusiya əməliyyata qarşı çıxdı, Türkiyə isə dəstəklədi. Əgər raket zərbələri nəticə verməsəydi, Türkiyəyə gedəcəkdim Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani ilə görüşməyi planlaşdırmışdım”, - deyə Emmanuel Makron qeyd edib.

Fransa prezidenti onu da əlavə edib ki, ABŞ qüvvələrinin Suriyadan çıxarılması məsələsində Donald Trampı fikrindən daşındırıb.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə